Ötən il Ombudsman şikayətlərin 55,6%-nə baxılmasından imtina edib

Ötən il Ombudsman şikayətlərin 55,6%-nə baxılmasından imtina edib Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili 2017-ci ildə bir sıra səbəblərdən daxil olan şikayətlərin 55,6%-nə baxılmasından imtina edib.
Sosial müdafiə
20 Aprel , 2018 12:54
Ötən il Ombudsman şikayətlərin 55,6%-nə baxılmasından imtina edib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili 2017-ci ildə bir sıra səbəblərdən daxil olan şikayətlərin 55,6%-nə baxılmasından imtina edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2017-ci il üzrə illik məruzəsində bildirilib.

Həmin səbəblərə şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması daxildir.

Şikayətlərin 44,4%-i isə baxılmaq üçün icraaata qəbul edilib. İcraata qəbul edilmiş müraciətlərin 62,5 %-i təmin olunub.

Son xəbərlər

Orphus sistemi