Ötən il məişət zorakılığına məruz qalan 20 kişi Dövlət Komitəsinə müraciət edib

Ötən il məişət zorakılığına məruz qalan 20 kişi Dövlət Komitəsinə müraciət edib 2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 544 müraciət daxil olub.
Sosial müdafiə
22 Fevral , 2023 12:02
Ötən il məişət zorakılığına məruz qalan 20 kişi Dövlət Komitəsinə müraciət edib

2022-ci ildə 475 qadın və 20 kişi məişət zorakılığına məruz qalmaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ediblər.

"Report" xəbər verir ki, bunu qurumun Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda deyib.

O bildirib ki, ötən il uşaqlarla bağlı 81 müraciət alıblar: "Eyni zamanda ötən il 6 ahıl şəxs və 2 cinsi azlıq ailələrində onlara qarşı olan zorakılıqla bağlı bizə müraciət edib. Müraciətlərin 409-u psixoloji, 304-ü fiziki, 5-i cinsi zorakılıqla bağlı olub. Müraciət edənlərdən 301-i əri, 146-sı keçmiş əri, 67-si isə digər qohumları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər".

Son xəbərlər

Orphus sistemi