Ötən il kişilər arasında təbii artım qadınlardan 10 min nəfər çox olub

Ötən il kişilər arasında təbii artım qadınlardan 10 min nəfər çox olub Doğulan kişilər arasında bir yaşadək ölənlərin sayı 999 nəfər olub
Sosial müdafiə
8 Avqust , 2017 20:37
Ötən il kişilər arasında təbii artım qadınlardan 10 min nəfər çox olub

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanda ötən il kişilər arasında təbii artım 54 985, qadınlar arasında 47 831 nəfər olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 84 909 kişi doğulub. Ölənlərin sayı 29 924 nəfər olub. Doğulan kişilər arasında bir yaşadək ölənlərin sayı 999 nəfər olub.

Ötən il doğulan qadınların sayı 74 555, ölənlərin sayı 26 724 nəfər olub. Onlardan bir yaşadək ölən uşaqların sayı isə 667 nəfər olub.

Ölən və doğulan kişi və qadınların müqayisəsi nəticəsində ötən il kişilər arasında təbii artımın qadınlardan 10 min nəfər çox olduğu məlum olur.

Son xəbərlər

Orphus sistemi