Ötən il gecikdirilmiş sosial ödənişlər işçilərə ödənilib

Ötən il gecikdirilmiş sosial ödənişlər işçilərə ödənilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2021-ci ildə vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 1257,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikd
Sosial müdafiə
16 Yanvar , 2022 12:03
Ötən il gecikdirilmiş sosial ödənişlər işçilərə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2021-ci ildə vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 1 257,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Bu barədə "Report" Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir.

Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Vəsaitin 1 238,8 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Ötən il 34 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub və həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.

Həmçinin, keçən ilin iyul ayından etibarən Xidmət əmək qanunvericiliyi ilə bağlı geniş maarifləndirmə məqsədi ilə işəgötürənlərlə onlayn görüşlərə başlayıb. 30 onlayn görüşdə 2000-dən çox işəgötürən iştirak edib.

Son xəbərlər

Orphus sistemi