Yuxarı

Ötən il vətəndaşlardan DSMF-yə daxil olan müraciətlərin sayı 26 faiz azalıb

Azalma elektron xidmətlərdən istifadənin təşviqi və maarifləndirmə tədbirləri nəticəsində olub

Bakı. 27 yanvar. REPORT.AZ/ Elektron xidmətlərdən istifadənin təşviqi və maarifləndirmə tədbirləri nəticəsində vətəndaş müraciətləri əhəmiyyətli şəkildə azalıb. Bu barədə “Report”a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Məlumata görə, ötən il Dövlət Sosial Müdafiə Fondunun saytı, “Elektron hökumət portalı” və “Elektron ödəniş portal” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.

Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-cü illə müqayisədə 26 faiz azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi