Ötən il əlillik statusu alanlardan 20 faizi gənclərdir

Ötən il əlillik statusu alanlardan 20 faizi gənclərdir Gənclərdən 22 nəfərə narkomaniya və toksikomaniya diaqnozu verilib
Sosial müdafiə
1 Avqust , 2017 20:41
Ötən il əlillik statusu alanlardan 20 faizi gənclərdir

Bakı. 1 avqust. REPORT.AZ/ Ötən il ölkədə 15-29 yaşlı gənclərin hər 100 000 nəfərindən 1 nəfərinə alkoqolizm diaqnozu, 22 nəfərə isə narkomaniya və toksikomaniya diaqnozu verilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il əlillik statusu alan 41,9 min nəfərdən 20,8 faizini 14-29 yaşlı gənclər təşkil edib. 

Gənclərin əlilliyinə səbəb olan əsas xəstəliklər arasında sinir sistemi, göz xəstəlikləri, travma, zəhərlənmələr və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edir.

Son xəbərlər

Orphus sistemi