Ötən il əlillərə 34 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib

Ötən il əlillərə 34 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib Hesabat dövründə əlilliyi olan şəxslərə verilən məmulatların sayı 2014-cü illə müqayisədə 49 faiz çox olub
Sosial müdafiə
7 Yanvar , 2016 11:42
Ötən il əlillərə 34 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib

Bakı. 7 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən ötən il əlilliyi olan şəxslər 34 075 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumata görə, onlardan 1 273 ədədini əlil arabaları, 1 194 ədədini aşağı ətraf protezi, 189 ədədini yuxarı ətraf protezi, 1 143 ədədini aşağı ətraf ortezi, 90 ədədini yuxarı ətraf ortezi təşkil edib. Əlilliyi olan şəxslər həmçinin 1 710 ədəd dirsəkaltı və 2 049 ədəd qoltuqaltı ağacla, 3 738 ədəd əsa və müxtəlif növlərdə 11 187 reabilitasiya vasitəsi, 3 923 cüt ortopedik ayaqqabı və 3 831 cüt protez ayaqqabı, 539 ədəd eşitmə aparatı və s. ilə təmin olunublar. 

804 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən əlilliyi olan şəxslərin istifadəsinə verilib. Hesabat dövründə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri və protez-ortopedik məmulatların sayı 2014-cü illə müqayisədə 49 faiz, o cümlədən əlil arabalarının sayı 2,2 dəfə çox olub.

Bununla yanaşı, nazirlik üzrə müvafiq əmrə əsasən, Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılan səyyar tibbi-texniki briqada tərəfindən ötən il 63 rayon və şəhər üzrə 1 784 nəfər müvafiq şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

Son xəbərlər

Orphus sistemi