Ötən il DSMF-yə sosial sığorta daxilolmaları 290,2 milyon manat artıb

Ötən il DSMF-yə sosial sığorta daxilolmaları 290,2 milyon manat artıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri keçən il 429 milyon manat və ya 9% artaraq 5178 milyon manat təşkil edib.
Sosial müdafiə
14 Yanvar , 2022 14:45
Ötən il DSMF-yə sosial sığorta daxilolmaları 290,2 milyon manat artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri keçən il 429 milyon manat və ya 9% artaraq 5178 milyon manat təşkil edib.

Nazirlikdən "Report"a bildirilib ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sosial sığorta daxilolmaları ötən il 3843,4 milyon manat olub.

Bu da əvvəlki ilə nisbətən 290,2 milyon manat və ya 8% çoxdur.

Sosial sosial sığorta daxilolmaları ilə bağlı illik proqnoz büdcə təşkilatları üzrə 104%, qeyri-büdcə sektoru üzrə 113% icra edilib.

DSMF-nin 2021-ci ildəki xərcləri əvvəlki ilə nisbətən 132 milyon manat və ya 3% çox olmaqla, 4843 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi