Yuxarı

Ötən il Dövlət Məşğulluq Xidməti 2449 nəfərə işsizlikdən sığorta, 6331 nəfərə işsizlik müavinəti ödəyib

Bakı. 21 yanvar. REPORT.AZ/ Keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2449 nəfərə işsizlikdən sığorta, 6331 nəfərə işsizlik müavinəti ödənilib.

Bu barədə "Report"a nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb. Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə işsizlikdən sığorta ödənişi verilir. Ötən il işsizlik müavinəti ödənilənlər isə əvvəlki, yəni 2017-ci ildə həmin müavinət təyin edilmiş və müavinətin ödənişi 2018-ci ildə davam edən şəxslər olub.

Eyni zamanda, keçən il Xidmət 2559 nəfəri peşə hazırlığına cəlb edib. Onlardan 1447 nəfəri qadınlar, 1270 nəfəri gənclər, 215 nəfəri məcburi köçkünlər, 85 nəfəri əlilliyi olan şəxslər və b. olub. Qeyd olunan dövrdə 118138 nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb edilməklə, onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi