Bakı. 4 mart. REPORT.AZ/ Ötən il "ASAN xidmət" mərkəzlərinə müraciət edən 3 572 199 vətəndaşdan 3 386 182-nə xidmət göstərilib (94,8 faiz), 16 732 nəfərin müraciətindən isə əsaslandırılaraq imtina edilib (0,5 faiz), 169 285 nəfər isə növbə tutub, xidmət əldə etmədən mərkəzləri tərk edib (4,7 faiz).
"Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda o da qeyd olunub ki, mərkəzlər fəaliyyətə başladığı gündən ümumilikdə mərkəzlərə 7 060 305 müraciət olunub, onlardan 6 642 012 müraciət xidmətlə təmin edilib.
Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.