Ötən il 582 nəfər əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib

Ötən il 582 nəfər əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib Əlilliyi olan şəxslər peşə hazırlığı kurslarını bitirdikdən sonra onlara bu barədə sertifikatlar verilib
Sosial müdafiə
28 Yanvar , 2016 11:55
Ötən il 582 nəfər əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ötən il 582 nəfər əlilliyi olan şəxsi müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, peşə hazırlığı kurslarına cəlb olunan əlillərin sayı 2014-cü illə müqayisədə 58,5 faiz çoxdur. 

Əlilliyi olan şəxslərdən 378 nəfər nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.

Digər 204 nəfər əlilliyi olan şəxs isə ƏƏSMN-in yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər.

Nazirlikdən bildirilib ki, əlilliyi olan şəxslər peşə hazırlığı kurslarını bitirdikdən sonra onlara bu barədə sertifikatlar verilib və məşğulluqlarının təmin olunması üçün müvafiq işlər görülüb.

Qeyd edək ki, Dövlət Məşğulluq Xidməti ötən il 4 147 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. 

Son xəbərlər

Orphus sistemi