Ötən ay əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Ötən ay əlillik təyin olunan şəxslərin sayı açıqlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edib.
Sosial müdafiə
21 Fevral , 2023 16:08
Ötən ay əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 1,4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.

Həmçinin Agentliyin reabilitasiya müəssisələrində ötən ay 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə 4 952 reabilitasiya vasitəsi verilib.

Son xəbərlər

Orphus sistemi