Ötən ay 500-dən çox əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Ötən ay 500-dən çox əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib Kurslarda dərzi, toxucu, xalçaçı, kompüter istifadəçisi, kompüter dizayneri, bərbər və s. peşələr öyrədilir
Sosial müdafiə
17 Noyabr , 2015 20:20
Ötən ay 500-dən çox əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bakı.17 noyabr. REPORT.AZ/ Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 508 nəfər əlilliyi olan şəxsi əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, əlilliyi olan şəxslərin 330 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına qəbul edilib. Sağlamlıq imkanları məhdud gənclər burada dərzi, toxucu, xalçaçı, kompüter istifadəçisi, kompüter dizayneri, bərbər və s. peşələr üzrə təlim kursu keçməklə yanaşı, təlim müddətində dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.

Digər 178 nəfər əlilliyi olan şəxs isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər. Peşə kurslarını bitirən əlilliyi olan şəxslərin münasib iş yerləri ilə təmin olunması istiqamətində də müvafiq işlər aparılıb.

Ümumilikdə, bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 500 nəfərərə yaxın vətəndaşı peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Son xəbərlər

Orphus sistemi