Ötən ay 388 əcnəbi inzibati qaydada Azərbaycandan çıxarılıb

Ötən ay 388 əcnəbi inzibati qaydada Azərbaycandan çıxarılıb Bundan başqa, 1260 əcnəbinin ölkəni 48 saat ərzində tərk etməsinə dair qərar qəbul edilib
Sosial müdafiə
15 Dekabr , 2016 11:56
Ötən ay 388 əcnəbi inzibati qaydada Azərbaycandan çıxarılıb

Bakı 15 dekabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) noyabr ayı ərzində 1855 əcnəbinin Azərbaycan qanunvericiliyinin tələblərini pozduğu müəyyən edilib.

DMX-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onlardan 17-sinin Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub. 

Bundan başqa, 190 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1260 əcnəbinin ölkəni 48 saat ərzində tərk etmələri, 388 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 45709 əcnəbinin müraciəti qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi