"Ötən 4 il Azərbaycan tarixinə xüsusi dövr kimi daxil oldu" - RƏYLƏR

"Ötən 4 il Azərbaycan tarixinə xüsusi dövr kimi daxil oldu" - RƏYLƏR 2018-ci ilin aprelində Azərbaycan xalqının böyük etimadı ilə yenidən dövlət başçısı seçilən İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqam
Sosial müdafiə
11 Aprel , 2022 16:06
Ötən 4 il Azərbaycan tarixinə xüsusi dövr kimi daxil oldu - RƏYLƏR

2018-ci ilin aprelində Azərbaycan xalqının böyük etimadı ilə yenidən dövlət başçısı seçilən İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlarla ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib.

“Report” xatırladır ki, həmin dövrdən bu yana ölkədə sosial ödənişlərdə və əməkhaqqı fondunda nəzərə çarpacaq dərəcədə artımlar qeydə alınıb.

Belə ki, bu dövrdə ölkədə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 65 faiz artım baş verib. Həssas qruplara yönələn müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi qruplar üzrə 3 dəfədən çox artıma nail olunub.

Həmçinin əmək müqavilələrində, sosial sığorta daxilolmalarında artım, genişlənən məşğulluq proqramları, şəhid ailələri və müharibə əlillərinə, digər həssas qruplara qayğı, müasirləşən reabilitasiya və sosial xidmət infrastrukturu, həssas qruplar üçün daim genişlənən inklüziv imkanlar ötən 4 il ərzində diqqət yetirilən sahələrə aid olub.

Dövlət başçısının imzaladığı fərman və sərəncamlarla 2018-ci ildən sonra ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir.

Mövzu ilə bağlı danışan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısının siyasətinin ana xəttini təşkil etdiyini vurğulayır:

Anar Əliyev
Anar Əliyev

“Şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12 500-dən çox mənzil və ya fərdi ev verilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib”.

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında sosial sahədə ölkədə aparılan islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov xatırladıb ki, bu gün İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsindən 4 il keçir:

 Vüqar Bayramov
Vüqar Bayramov

“Cənab Prezident 4 il öncə andiçmə mərasimində çıxışı zamanı bəyan etdi ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ötən 4 il də Azərbaycan tarixinə xüsusi dövr kimi daxil oldu.

2018-ci ildən başlayaraq Azərbaycanda yeni sosial paketlərin tətbiqinə başlanılıb. Ötən müddətdə minimum aylıq əməkhaqqı 130 manatdan 300 manata çatdırılıb. Bu il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) 43% üstələyəcək. Xalis minimum əmək haqqının orta aylıq əmək haqqındakı payında da ötən müddətdə artımlar qeydə alındı. Həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə 40 %- səviyyəsinə yüksələcək. Bu müddətdə minimum pensiya məbləği 110 manatdan 240 manata çatıb. Təbii ki, bu islahatlar əvvəlki illərdə həyata keçirilən iqtisadi siyasətin nəticəsində mümkün oldu”.

Deputat əlavə edib ki, son 4 ildə Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi də kəskin şəkildə güclənib:

İlham Əliyev
İlham Əliyev

“Çox sahəli xarici siyasət 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərin daha da möhkəmlənməsinə gətirib çıxarır. Rusiya-Ukrayna müharibəsi fonunda yaranan yeni düzən və reallıq kontekstində bu daha da aydın müşahidə olunur. Brüsseldə keçirilən son görüş və əldə olunan razılaşmalar bunu bir daha təsdiq etdi. Azərbaycan hər zaman Avropa İttifaqı daxil olmaqla beynəlxalq təşkilatlar ilə əməkdaşlığın güclənməsinə önəm verir. Etiraf etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları, mütəmadi telefon danışıqları və rəsmi dialoqların təşkil edilməsini Cənubi Qafqaz regionunda sülh və stabitliyin bərqərar olmasında mühüm amil kimi görür.

2022-2026-cı illər əhatə edəcək yeni iqtisadi strategiya bu sahədə islahatların dərinləşməsinə xidmət edəcək. Əsas milli prioritetlər üzrə Azərbaycan iqtisadiyyatında diversifikasiyanın genişlənəcəyi gözlənilir. Böyük Qaydış Proqramı dayanıqlı iqtisadi nəticələri daha da möhkəmləndirəcək. Artıq həm dünyada, həm də regionda yeni düzən formalaşır. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrdə də yeni uğurlara imza atacaq”.

Son xəbərlər

Orphus sistemi