Oruc Zalov: "İşbazların uşaq əməyindən istifadə etməsinin qarşısını almaq üçün tədbirlər görülür"

Oruc Zalov: "İşbazların uşaq əməyindən istifadə etməsinin qarşısını almaq üçün tədbirlər görülür" Bakı. 20 noyabr. REPORT.AZ/ Bəzən ailədaxili münaqişələr nəticəsində özünü tam idarə edə bilməyən uşaqlar valideynlərindən ayrılıb böyük şəhərlərə miqrasiya edirlər ki, bunlardan da işbazlar istifadə edir. 
Sosial müdafiə
20 Noyabr , 2017 12:32
Oruc Zalov: İşbazların uşaq əməyindən istifadə etməsinin qarşısını almaq üçün tədbirlər görülür

Bakı. 20 noyabr. REPORT.AZ/ "Bəzən ailədaxili münaqişələr nəticəsində özünü tam idarə edə bilməyən uşaqlar valideynlərindən ayrılıb böyük şəhərlərə miqrasiya edirlər ki, bunlardan da işbazlar istifadə edir". 

"Report" xəbər verir­ ki, bunu Azərbaycan­­ Uşaqlarının IV Ümumr­­espublika Forumunda daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O bildirib ki, bu gün azyaşlı uşaqların işbazların qurbanı olması kimi halların qarşısını almaq üçün dövlət orqanları lazımi bütün profilaktik tədbirlər görür: "Uşaqları hər bir pis hallardan mühafizə etmək üçün bütün tədbirlər görülür".

Nazir müavini qeyd edib ki, azyaşlıların hüquqlarını qorumaq üçün Daxili İşlər Nazirliyində Azyaşlılar İnspeksiyası İdarəsi fəaliyyət göstərir: "Bu qurumun məqsədi azyaşlıların pis təsir altına düşməsinin qarşısını almaq, onların hüquqlarının müdafiəsi üçün lazımi tədbirlər görməkdir. Bu sahədə işləyən əməkdaşlarımız 15 yaşadək olan uşaqların əməyindən sui istifadə edən işbazların qarşısını almaq üçün bütün profilaktik tədbirlər görür".

Son xəbərlər

Orphus sistemi