Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlara 430 manat veriləcək

Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlara 430 manat veriləcək "Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlar 430 manat vəsait alacaqlar".
Sosial müdafiə
10 İyun , 2022 11:48
Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlara 430 manat veriləcək

"Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlar 430 manat vəsait alacaqlar".

“Report”un məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, hazırda uşaqlarda I, II, III dərəcəli əlilliyə bölünmə nəzərdə tutulmayıb: “Hazırda orqanizminin funksiyalarını itirən uşaqlara verilən müavinət 280 manatdır. Gələn aydan tətbiq ediləcək yeni meyarlardan sonra isə məbləğ 430 manat olacaq”.

Son xəbərlər

Orphus sistemi