Ombudsman nümayəndələri 2 saylı Sosial-xidmət müəssisəsinə baş çəkiblər

Ombudsman nümayəndələri 2 saylı Sosial-xidmət müəssisəsinə baş çəkiblər Məqsəd uşaqlarla rəftar məsələlərinin araşdırılması olub
Sosial müdafiə
21 Fevral , 2017 16:58
Ombudsman nümayəndələri 2 saylı Sosial-xidmət müəssisəsinə baş çəkiblər

Bakı. 21 fevral. REPORT.AZ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saray qəsəbəsində yerləşən, əqli və fiziki imkanları məhdud olan uşaqlar üçün 2 saylı Sosial-xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən baş çəkiblər.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə saxlanılma şəraitinin və buradakı uşaqlarla rəftar məsələlərinin araşdırılması, onların hüquqlarının təmin olunması olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs və reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, o cümlədən rəsm, musiqi otaqlarına, habelə idman zalına, ümumi əraziyə baxış keçirilib.

Buradakı uşaqlarla görüş zamanı onlar şəraitdən, qidalanmadan, müəssisə əməkdaşlarının onlarla rəftarından razılıq ediblər.

Əsaslı təmir olunaraq zəruri müasir avadanlıqlarla təchiz edilən müəssisənin müasir standartlara uyğun olduğu müəyyən olunub, saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə uşaqlarla rəftar məsələləri qənaətbəxş qiymətləndirilib.

Başçəkmənin sonunda saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi