​Ombudsmanın Milli Preventiv Qrupu Bakı İstintaq Təcridxanasına baş çəkib

​Ombudsmanın Milli Preventiv Qrupu Bakı İstintaq Təcridxanasına baş çəkib Bir sıra şəxslər öz xahişləri ilə təkbətək dinlənilib
Sosial müdafiə
10 Fevral , 2016 12:45
​Ombudsmanın Milli Preventiv Qrupu Bakı İstintaq Təcridxanasına baş çəkib

Bakı. 10 fevral. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən baş çəkib. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, başçəkmədə məqsəd daxil olan müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti, qidalanma, ərzaq təminatı araşdırılıb, bu məqsədlə müəssisənin ərzaq anbarı və yeməkxanasına baxış keçirilib.

Başçəkmə çərçivəsində MPQ üzvləri müəssisə daxilində çoxsaylı saxlanılan şəxs fərdi qaydada qəbul edib, bir sıra şəxslər isə öz xahişləri ilə təkbətək dinlənilib, habelə bəzi müraciətlər yerində təmin edilib.

Qəbul edilən şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, saxlanılma şəraiti ilə bağlı qaldırdıqları bir sıra məsələlər yerində araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul edilib.

Yekunda istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanununa, İstintaq təcridxanalarının daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Son xəbərlər

Orphus sistemi