Ombudsmanın nümayəndələri DTX-nın təcridxanasına baş çəkiblər

Ombudsmanın nümayəndələri DTX-nın təcridxanasına baş çəkiblər Orada saxlanılan şəxslər şikayətlərinin olmadığını bildiriblər
Sosial müdafiə
28 Sentyabr , 2017 17:21
Ombudsmanın nümayəndələri DTX-nın təcridxanasına baş çəkiblər

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti baş çəkib.

Ombudsman Aparatının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, başçəkmədə məqsəd ombudsman Elmira Süleymanovanın ünvanına daxil olan müraciətlərin və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində fərdi qaydada qəbul edilən şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının rəftarından və saxlanma şəraitindən şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildirib.

Fərdi qaydada qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, müraciətləri üzrə hər birinə hüquqi məsləhətlər verilib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi