Ombudsman uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı hazırladığı sənədi Milli Məclisə təqdim edib

Ombudsman uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı hazırladığı sənədi Milli Məclisə təqdim edib Ombudsman uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı sənəd hazırlayıb.
Sosial müdafiə
18 İyun , 2019 13:00
Ombudsman uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı hazırladığı sənədi Milli Məclisə təqdim edib
Milli Məclis / Report

Ombudsman uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı sənəd hazırlayıb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, sənəd artıq Milli Məclisə təqdim olunub.

Ombudsmanın sözlərinə görə, Azərbaycanda insan hüquqlarının təmini, qanunun aliliyinə hörmət daxili sabitlik üçün zəmin yaradıb: “Ölkə Prezidenti tərəfindən həyata keçirilən siyasət nəticəsində əhalinin minimum əməkhaqqı, pensiyası artıb. Bütün dünyada sülhün bərqərar olunması üçün əməkdaşlıq etmək faydalı olar. Sülh hər bir xalqın arzu və istəyidir. Bu, Azərbaycan dövlətinin də əsas prinsiplərindəndir. Azərbaycanda insan hüquqlarının qorunması üzrə 3 əsas strateji sənəd hazırlanıb. Gender problemləri yalnız o zaman həll edilər ki, ona fərdi yanaşılsın, digər tərəfdən, onun təmini üçün aparılan mübarizədə kütləvilik olsun. İndiyədək Azərbaycanda 11 amnistiya aktı qəbul edilib, amnistiya aktı on minlərlə insana şamil olunub”.

Son xəbərlər

Orphus sistemi