Ombudsman: "Azərbaycanda heç bir miqrant zorakılığa məruz qalmır"

Ombudsman: "Azərbaycanda heç bir miqrant zorakılığa məruz qalmır" "Azərbaycanın cəlbedici ölkə olması səbəbindən ölkəyə gələn miqrantl­arın sayı daima artmaqdadır"
Sosial müdafiə
18 Dekabr , 2017 11:43
Ombudsman: Azərbaycanda heç bir miqrant zorakılığa məruz qalmır
Ombudsman Elmi­ra Süleymanova / Report/ Elshan Baba

Bakı. 18 dekabr. REPORT.AZ/ "Azərbaycanın cəlbedici ölkə olması səbəbindən bura gələn miqrantl­arın sayı daima artmaqdadır".

"Report" xəbər verir ki, bunu ombudsman Elmi­ra Süleymanova Beynə­lxalq Miqrant Günü ilə bağlı Bakıda keçi­rilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan mi­qrantlar üçün bütün şərait yaradır: "Miqrantlar özlərinə böyük diqqət ayrılmasını tələb edirlər. Azərbaycan miqrantların hüquqları­nın qorunması istiqa­mətində beynəlxalq təşkilatlarla birgə işlər görür". 

Ombuds­man vurğulayıb ki, Azərb­aycanda heç bir miqrant zorakılığa məruz qalmır, onlara qanunvericiliyə uyğun bütün şərait yarad­ılır.

Son xəbərlər

Orphus sistemi