Ombudsman Aparatının nümayəndələri polis bölmələrində çatışmazlıqlar aşkarlayıb

Ombudsman Aparatının nümayəndələri polis bölmələrində çatışmazlıqlar aşkarlayıb “Polis orqanlarına gətirilmiş şəxslərin, habelə yetkinlik yaşına çatmayanların qeydiyyatı jurnal”ları üzrə sənədləşmə yoxlanılıb
Sosial müdafiə
26 Yanvar , 2016 12:35
Ombudsman Aparatının nümayəndələri polis bölmələrində çatışmazlıqlar aşkarlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı, 27-ci, 28-ci və 29-cu, Səbail RPİ-nin isə 41-ci polis bölmələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı baxış keçirib. 

Qurumun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Saxlanılma şəraitinin araşdırılması məqsədilə müvəqqəti saxlama kameralarına baxışlar keçirilib, polis bölmələrində “Polis orqanlarına gətirilmiş şəxslərin, habelə yetkinlik yaşına çatmayanların qeydiyyatı jurnal”ları üzrə sənədləşmə yoxlanılıb.

Başçəkmənin yekununda adı çəkilən polis bölmələrinin rəhbərliyinə müvafiq qanunvericiliyə uyğun şəkildə sənədləşmədə olan çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, xidmət əməkdaşları ilə hüquqi maarifləndirmə işi aparılıb.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Son xəbərlər

Orphus sistemi