​Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

​Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər İntiqam Əliyev, Leyla Yunusova, Xədicə İsmayılova və Rəsul Cəfərov saxlanılma şəraitindən narazılıq etməyiblər
Sosial müdafiə
21 May , 2015 19:02
​Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

Bakı. 21 may. REPORT.AZ/ Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında başçəkmə həyata keçiriblər. Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Başçəkmədə məqsəd müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə gün ərzində 40-dan çox saxlanılan şəxslə görüşüb, bu şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə əlaqədar vəziyyəti öyrəniblər.

MPQ-nin üzvləri bu müəssisədə saxlanılan şəxslərdən İntiqam Əliyev, Leyla Yunusova, Xədicə İsmayılova, Rəsul Cəfərov və digərləri ilə də görüşüb, qəbul edilmiş şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər.

Bəzilərinin istintaqın qeyri-obyektiv aparılması və digər məsələlərlə bağlı ombudsmana ünvanlanmış müraciətlərin araşdırılması və qanun çərçivəsində tədbir görülməsi üçün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə göndərilib, onlara qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, ombudsmanın səlahiyyətləri izah edilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi