Ombudsman Aparatının əməkdaşları 17 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib

Ombudsman Aparatının əməkdaşları 17 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib Çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib
Sosial müdafiə
13 İyul , 2017 10:37
Ombudsman Aparatının əməkdaşları 17 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib

Bakı. 13 iyul. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı baş çəkib.

Ombudsman Aparatının Mətbuat xidmətindən "Report"a verilən mlumata görə, başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin, xidmət əməkdaşlarının məhkumlarla rəftarı məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Saxlanma şəraitinin araşdırılması məqsədilə müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, yeməkxana, mətbəx və digər obyektlərinə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə öyrənilib.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə məhkumlar konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər, müvafiq sənədləşmə yerində araşdırılmış, habelə bir sıra müraciətlər yerində təmin edilib.

Qəbul edilən şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından və saxlanma şəraitindən narazılıq etməyib, hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, hüquqi maarifləndirici söhbətlər aparılıb.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi