Ombudsman Aparatında magistrantların elmi-tədqiqat təcrübəsi başlayıb

Ombudsman Aparatında magistrantların elmi-tədqiqat təcrübəsi başlayıb Magistrantlar ərizəçilərin qəbulu və vətəndaşların şikayətlərinə baxılması prosesində iştirak edəcək
Sosial müdafiə
16 Mart , 2017 13:50
Ombudsman Aparatında magistrantların elmi-tədqiqat təcrübəsi başlayıb

Bakı. 16 mart. REPORT.AZ/ Ombudsman təsisatında bu gündən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin “Hüquqşünaslıq” ixtisasının “Dövlət qulluğu” ixtisaslaşması üzrə təhsil alan II kurs magistrantlarının elmi-tədqiqat təcrübəsi başlayıb.

Aparatın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, magistrantlarının elmi-tədqiqat təcrübəsi zamanı Ombudsman Aparatının məsul əməkdaşları onlara həm nəzəri, həm də praktiki dərslər keçəcək. 

İnsan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiəsi mexanizmləri, müvəkkil E.Süleymanovanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, o cümlədən hüquqi maarifləndirmə, elmi-analitik, informasiya təminatı və ictimaiyyətlə əlaqələr, beynəlxalq əməkdaşlıq, habelə qaçqın və məcburi köçkünlərin, miqrantların, uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, hərbi qulluqçuların, məhkumların hüquqlarının müdafiəsi, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində gördüyü işlər, İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə baxışların həyata keçirilməsi, o cümlədən həmin müəssisələrdə insanların saxlanılma şəraiti, onlarla rəftar, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili ilə bağlı başçəkmələr barədə mühazirələr oxuyacaqlar.

Elmi-tədqiqat təcrübəsi keçən magistrantlar təsisatın hər bir struktur bölməsinin işi ilə tanış olacaq, ərizəçilərin qəbulu və vətəndaşların şikayətlərinə baxılması prosesində iştirak edəcək, habelə insan hüquqları kitabxanasının fondundakı çoxsaylı hüquqi nəşrlərdən faydalanacaqlar.

Qeyd edək ki, bu günlərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının “İnsan hüquqları” ixtisaslaşması və Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası “Avropa hüquqları” ixtisaslaşması üzrə II kurs magistrantlarının elmi-tədqiqat təcrübəsi də uğurla başa çatıb.

Qeyd edək ki, Ombudsman Aparatında ümumilikdə 284 tələbə və magistrant elmi-tədqiqat təcrübəsi keçərək xasiyyətnamələr alıb.

Son xəbərlər

Orphus sistemi