Ombudsman Aparatı “Ümid Yeri” Uşaq Sığınacağında baş verən qətllə bağlı məlumat yayıb

Ombudsman Aparatı “Ümid Yeri” Uşaq Sığınacağında baş verən qətllə bağlı məlumat yayıb Ombudsman Aparatı “Ümid Yeri” Uşaq Sığınacağında baş verən qətllə bağlı məlumat yayıb
Sosial müdafiə
15 Mart , 2022 17:37
Ombudsman Aparatı “Ümid Yeri” Uşaq Sığınacağında baş verən qətllə bağlı məlumat yayıb

Azyaşlı övladları ilə birlikdə “Ümid Yeri” Uşaq Sığınacağına yerləşdirilən qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat Ombudsman tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Aparat tərəfindən “Ümid Yeri” Uşaq Sığınacağının rəhbərliyi ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədə ətraflı məlumat alınıb, sığınacaqda saxlanılan şəxslərin hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub.

Eyni zamanda sığınacaqda yaşayan üç azyaşlının vəziyyəti və psixoloji durumu, həmçinin baş vermiş hadisənin sığınacağın digər sakinlərinə təsiri öyrənilib.

Məsələnin obyektiv araşdırılması ilə əlaqədar Ombudsman Aparatı tərəfindən Xəzər Rayon Prokurorluğuna müraciət edilib.

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlər görüləcəkdir.

Son xəbərlər

Orphus sistemi