Ombudsman: "Alimentin vaxtında ödənilməməsi, ödənişdən boyun qaçırılması və ya yubadılması xüsusi narahatlıq doğurur"

Ombudsman: "Alimentin vaxtında ödənilməməsi, ödənişdən boyun qaçırılması və ya yubadılması xüsusi narahatlıq doğurur" Bakı. 19 aprel. REPORT.AZ/ Keçən il məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına 1 429, o cümlədən aliment tələblərinə dair 472 müraciət daxil olub.
Sosial müdafiə
19 Aprel , 2018 16:41
Ombudsman: Alimentin vaxtında ödənilməməsi, ödənişdən boyun qaçırılması və ya yubadılması xüsusi narahatlıq doğurur

Bakı. 19 aprel. REPORT.AZ/ Keçən il məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına 1 429, o cümlədən aliment tələblərinə dair 472 müraciət daxil olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.

Məruzədə qeyd olunub ki, həmin müraciətlərdə məhkəmə qərarlarının icra edilməməsi və ya uzun müddət icrasız qalması, işin icrası zamanı laqeydliyə, səhlənkarlığa və süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlarla münasibətdə etik davranış qaydalarının pozulması kimi hallar öz əksini tapıb.

“Yeri gəlmişkən, bir sıra icra qurumlarının fəaliyyətində aşkar olunan ciddi nöqsanlar nəzərə alınaraq, Ədliyyə Nazirliyi üzrə müvafiq əmrlərə əsasən, 5 nəfər tutduğu vəzifədən azad olunub. Şikayətlər üzrə araşdırma nəticəsində bir sıra hallarda aliment üzrə borcların tam və ya qismən ödənilməsi təmin edilsə də, belə qərarlar üzrə işləri artmaqda davam etsə də, borcun, o cümlədən alimentin vaxtında ödənilməməsi, ödənişdən boyun qaçırılması və ya yubadılması xüsusi narahatlıq doğurur”, - məruzədə qeyd olunub.

Qeyd edək ki, illik məruzə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi