Yuxarı

Rəsmi işsiz statusu verilən şəxslərin sayı məlum olub

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 20,1 min nəfər olub.

“Report” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin hesabatında əksini tapıb. 

İşsiz statusu verilən şəxslərin 37,2 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 196 manat olub. Bakı şəhəri üzrə 9 243 nəfər işsiz statusu alıb.

2019-cu il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5133,1 min nəfər olub, onlardan 4879,3 min nəfərini məşğul əhali təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi