Növbəti şəhid ailəsinin sosial təminat və məşğulluq  məsələləri həll olunur

Növbəti şəhid ailəsinin sosial təminat və məşğulluq  məsələləri həll olunur Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçumuz Elgün Əmiraslanovun atası Sərvan Əmiraslanov da növbədənkənar özünüməşğulluq proqramına cəlb olundu və yaxın günlərdə ona mal və materiallar verilməklə, kiçik təsərrüfatı yaradılacaq.
Sosial müdafiə
16 Dekabr , 2020 17:36
Növbəti şəhid ailəsinin sosial təminat və məşğulluq  məsələləri həll olunur

Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçumuz Elgün Əmiraslanovun atası Sərvan Əmiraslanov da növbədənkənar özünüməşğulluq proqramına cəlb olundu və yaxın günlərdə ona mal və materiallar verilməklə, kiçik təsərrüfatı yaradılacaq.

"Report" xəbər verir ki, şəhidin ailəsi ilə görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları bu barədə ailəni məlumatlandırıblar.

Göygöl rayonunda yaşayan ailəyə Prezidentin şəhid ailələri üçün nəzərdə tutulan aylıq təqaüdünün, ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin olunacaq.

Bu sosial ödənişlərin, habelə şəhidin həyat yoldaşına və 1 yaşlı uşağına ailə başçısını itirməyə görə pensiyanın, eləcə də həmin uşağa əlavə olaraq aylıq müavinətin təyin olunması üçün sənədləşmə işi artıq yekunlaşır. Bu barədə də ailəyə məlumat verilib.

Bildirilib ki, ailə şəhid ailələrinə sığorta ödənişi kimi verilən birdəfəlik ödəmə (11 min manat) ilə də təmin olunacaq.

Qeyd edək ki, şəhidin anası işləyir, qardaşı Nizaminin məşğulluğunun təminatı üçün də işlər aparılır. Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan ailə kimi qeydiyyata alındıqları halda ailənin gələcəkdə növbəlilik əsasında evlə təmin ediləcəyi diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi