Yuxarı

Nəqliyyat naziri Neftçalada vətəndaşları qəbul edəcək

Nəqliyyat naziri Neftçalada vətəndaşları qəbul edəcək
Salyan, Biləsuvar, Neftçala rayon sakinlərinin mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə müraciətləri dinləniləcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 23-də Neftçala şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Nəqliyyat Nazirliyindən "Report"a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Salyan, Biləsuvar, Neftçala rayon sakinlərinin mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 21-i saat 09:00-dan 18:00-dək Salyan 20 saylı Yol İstismar İdarəsi (Salyan şəhəri, 20 Yanvar küçəsi-1), Biləsuvar 22 saylı Yol İstismar İdarəsi (Biləsuvar şəhəri, Vaqif küçəsi, 1), Neftçala 39 saylı Yol İstismar İdarəsində (Neftçala şəhəri, 33-cü məhəllə) qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi