Neftçala rayonunda əmək yarmarkası keçiriləcək

Neftçala rayonunda əmək yarmarkası keçiriləcək Vətəndaşlara 39 müəssisə üzrə 185 boş (vakant) iş yeri təqdim ediləcək
Sosial müdafiə
24 İyun , 2015 15:52
Neftçala rayonunda əmək yarmarkası keçiriləcək

Bakı. 24 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti sabah Neftçala rayonunda əmək yarmarkası keçirəcək. Bu barədə "Report"a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, rayonun Mədəniyyət Mərkəzində təşkil olunacaq yarmarkada 16-sı dövlət, qalanları özəl sektora məxsus 39 müəssisə üzrə 185 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək. Həmin müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyən şəxslər qeydiyyata alınacaq.

Qeyd edək ki, bu il üzrə əmək yarmarkalarına ilin mart ayından başlanılıb və ötən müddətdə 10 rayonda əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 701 nəfərə boş iş yerlərinə göndəriş verilib, 22 nəfər peşə hazırlığına, 39 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb. Ümumilikdə cari il ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi