Yuxarı

Nazirliyin elektron xidmətlərindən son 6 ayda 1 093 672 dəfə istifadə olunub

İyun ayında ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən 157 712 dəfə istifadə olunub

Bakı. 10 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən 157 712 dəfə istifadə olunub. 

"Report" xəbər verir ki, məlumatı nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb. 

Bildirilib ki, o cümlədən, nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 103 977 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 38 523 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən isə 13 430 dəfə istifadə olunub. Əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında olan bu üç e-xidmətdən 2015-ci ilin 6 ayı ərzində müvafiq olaraq 737 372 dəfə, 271 827 dəfə və 69 585 dəfə istifadə edilib.

Ümumilikdə bu ilin 6 ayı ərzində əhali ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi bütün e-xidmətlərdən 1 093 672 dəfə yararlanıb ki, bu da portaldan ümumi istifadə sayının (6 059 951 istifadə halı) 18 faizindən çoxunu təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi