Yuxarı

Nazirliklərin “Multikulturalizm ili” ilə bağlı təklifləri dövlət başçısına təqdim ediləcək - FOTO

Universitetlərdə multikulturalizmlə bağlı yeni fənnlər tədris olunacaq

Bakı. 5 fevral. REPORT.AZ/ “Azərbaycan universitetlərinin bakalavr və magistratura pillələrində multikulturalizmlə bağlı yeni fənlər, istiqamətlər açılacaq. Həmin universitetlərdə “Azərbaycan multikulturalizmi” adlı kafedranın açılması məsələsinə də baxılacaq”.

“Report” xəbər verir ki, bunu bu gün Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikulturalizmi” fənninin ölkənin müxtəlif şəhərlərindəki ali təhsil ocaqlarında, eləcə də xarici ölkələrdəki ali məktəblərdə tədris edən müəllimlərlə görüşü zamanı deyib.

O bildirib ki, bakalavr və magistratura pilləsində bu istiqamətdə fənlərin tədrisi Təhsil Nazirliyinin təklifləri əsasında həyata keçiriləcək: “Multikulturalizm ili” ilə bağlı iş görəcək olan qurumlar, nazirliklər öz təkliflərini artıq veriblər. Təkliflər yaxın vaxtalarda ölkə başçısına təqdim ediləcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi