Təqdim olunan boş iş yerlərində əmək haqqının ən aşağı həddi 200 manat, ən yüksək həddi isə 1200 manat təşkil edib. Aktiv məşğulluq tədbirində boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib. Yarmarkada işsiz və işaxataran vətəndaşlara boş iş yerlərinə göndəriş verilməklə yanaşı, müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına və ya ödənişli ictimai işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılıb.
Tədbirdə ƏƏSMN və BMT İnkişaf Proqramının birgə icra etdiyi “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə Sumqayıt şəhərində fəaliyyət göstərən SYSLAB Təlim Tədris Mərkəzi də təmsil olunub və Mərkəzdə innovativ metodlarla işaxtarma bacarıqlarına yiyələnmək istəyən şəxslər qeydiyyata götürülüb.