Nazirlik Vətən müharibəsi qazisinin atasını və qardaşını işlə təmin etdi

Nazirlik Vətən müharibəsi qazisinin atasını və qardaşını işlə təmin etdi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Atakişiyev Hüseynin ailəsinin vəziyyəti ilə tanış olublar.
Sosial müdafiə
17 Dekabr , 2020 11:04
Nazirlik Vətən müharibəsi qazisinin atasını və qardaşını işlə təmin etdi
0 : 00
0 : 00

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Atakişiyev Hüseynin ailəsinin vəziyyəti ilə tanış olublar.

Nazirlikdən "Report"a verilən məlumata görə, qazinin atası Əfqan Atakişiyevin dərzi olsa da, lazımi avadanlıqları olmadığına görə işləmədiyi öyrənilib.

İstəyinə uyğun olaraq, həmin gün növbədənkənar özünüməşğulluq proqramına cəlb edildi. Ona dərzi sexini qurması üçün bütün avadanlıqlar (bir neçə növ tikiş maşını masaları ilə birgə, buxar ütüsü, ütü masası və s.) verildi.

Qazimizin anası işləyir, qardaşı Elmir işləmədiyi üçün o da ödənişli ictimai işlərə cəlb edilib.

Hüseynin özünün isə yaxın günlərdə əlilliyi qiymətləndiriləcək. Əlillik təyinatı aparıldığı halda, hər ay təqaüd və müavinətlə, Nazirlik tərəfindən reabilitasiya xidmətləri ilə təmin olunacaq.

Bakının Suraxanı rayonunda yaşayan ailə bundan sonra da diqqətdə olacaq.

Son xəbərlər

Orphus sistemi