Nazirlik növbəti dəfə işsiz vətəndaşlara müraciət etdi

Nazirlik növbəti dəfə işsiz vətəndaşlara müraciət etdi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb.
Sosial müdafiə
7 Aprel , 2020 14:43
Nazirlik növbəti dəfə işsiz vətəndaşlara müraciət etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report
0 : 00
0 : 00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.

Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müraciət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi