Nazirlik insan alveri qurbanı olan 61 nəfərə yardım edib

Nazirlik insan alveri qurbanı olan 61 nəfərə yardım edib Yardımolunan şəxslərin 5 nəfəri sığınacaqla təmin edilib
Sosial müdafiə
20 Oktyabr , 2015 16:26
Nazirlik insan alveri qurbanı olan 61 nəfərə yardım edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin yanvar-sentyabr aylarında 61 nəfərə maddi, tibbi, psixoloji, hüquqi və s. yardımlar göstərib. Bu barədə "Report"a nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, onların 43 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin aşkarladığı insan alveri qurbanları, 18 nəfəri isə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslər olub. Həmin insanlardan 17 nəfəri psixoloji, 15 nəfəri hüquqi, 7 nəfəri tibbi yardımla, 5 nəfəri sığınacaqla təmin edilib. 

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edilərək, həmin şəxslərdən 8 nəfərinin məşğulluğunun təmin olunmasına, 12 nəfərinin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmasına köməklik göstərilib. Zəruri olduğu hallarda qeyd olunan şəxslərin bir qismi eyni vaxtda bir neçə yardım növü ilə təmin ediliblər.

Son xəbərlər

Orphus sistemi