Yuxarı

Nazirlik: İsti havada işəgötürənlərin əmək hüquqlarını pozması ilə bağlı müraciət daxil olmayıb

ƏƏSMN havanın isti keçməsi ilə bağlı işəgötürənlərə müraciət edib

Bakı. 20 iyul. REPORT.AZ/ Son üç gündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) isti havada işəgötürənlərin qanunvericiliyin tələblərinə riayət etməməsi ilə bağlı hər hansı müraciət daxil olmayıb.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edib: "Bu tövsiyəyə əməl olunmaması ilə bağlı son üç gündə nazirliyə hər hansı müraciət daxil olmayıb".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. Müraciətdə Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir.

Nazirlikdən bildirilib ki, eyni zamanda, fasilələr iş vaxtına daxil edilməlidir. Bu fasilələr zamanı əmək haqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək, havanın temperaturu 41 dərəcədən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edir.

Son günlər Azərbaycanda havanın temperaturu 41 dərəcəni ötüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi