Yuxarı
    Bağlamaq

    Nazirlik: Fərman və sərəncamlarda nəzərdə tutulan artımların gələn aydan ödənilməsinə başlanılacaq

    Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman və sərəncamlar 19 841 nəfər şəxsi əhatə edir

    Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidentinin 25 yanvar 2016-cı il tarixli fərman və sərəncamlarında nəzərdə tutulan artımların gələn aydan ödənilməsinə başlanılacaq. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumata görə, Azərbaycan Prezidentinin 25 yanvar 2016-cı il tarixli aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman və sərəncamları 19 841 nəfər şəxsi əhatə edir.

    Məlumata görə Prezidentin “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 25 yanvar 2016-cı il tarixli Sərəncamı həmin şəxslərə dövlət qayğısının artırılmasına yönəlib. Bu Sərəncamla qeyd olunan insanlara Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. Sərəncam ümumilikdə 447 nəfər şəxsi əhatə edir və artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 49, 2 min manat əlavə vəsait ayrılacaq.

    Dövlət başçısının “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 25 yanvar 2016-cı il tarixli Fərmanı bu Fərmanda nəzərdə tutulan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Sənədə əsasən, həmin şəxslərə, yəni əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 66 manata çatdırılır. Fərmanın əhatə etdiyi şəxslərin sayı 18 525 nəfərdir. Qeyd olunan artım üçün dövlət büdcəsindən ilin sonunadək 1,2 milyon manat əlavə vəsait xərclənəcək.

    Azərbaycan Prezidentinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin artırılması və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” 25 yanvar 2016-cı il tarixli Fərmanı ümumilikdə 869 nəfərə şamil olunacaq. Fərmanla özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılır. Belə ki, bu aylıq sosial müavinətlər peşə əmək qabiliyyəti 29 faizədək itirildiyi halda - 33 manat, 30 faizdən 59 faizədək itirildiyi halda - 44 manat, 60 faizdən 79 faizədək itirildiyi halda – 55 manat, 80 faiz və daha çox itirildiyi halda isə 66 manat, işçi həlak olduqda isə 77 manat müəyyən edilib. Bu artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 47,6 min manat əlavə vəsait ayrılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi