​Nazirlik əlilliyi olan bir qrup şəxsi istirahət və sağlamlıq mərkəzlərinə yola salıb

​Nazirlik əlilliyi olan bir qrup şəxsi istirahət və sağlamlıq mərkəzlərinə yola salıb İl ərzində min nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil edilməsi planlaşdırılıb
Sosial müdafiə
14 İyun , 2016 10:22
​Nazirlik əlilliyi olan bir qrup şəxsi istirahət və sağlamlıq mərkəzlərinə yola salıb

Bakı. 14 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti son bir neçə gündə 204 nəfər əlilliyi olan şəxsi Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərib.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, tədbir nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. Proqrama əsasən, bu il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin yaz-yay mövsümündə istirahətinin təşkil edilməsi planlaşdırılıb. 

Nazirlikdən bildirilib ki, bu ilin ötən dövründə onlardan artıq 459 nəfərinin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin edilib. Qeyd olunan vətəndaşlar istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilirlər.

Son xəbərlər

Orphus sistemi