Nazirlik I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb

Nazirlik I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb.
Sosial müdafiə
8 Avqust , 2022 10:55
Nazirlik I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının davamı olaraq icra edilən birdəfəlik ödəmə proqramı uğurla davam edir.

Proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri olmuş şəxsləri əhatə edir.

Sənədləri e-sistemdə mövcud olan şəxslərə bu ödəmə proaktiv şəkildə ödənilir. Sənədləri e-sistemlərdə olmayanlar isə sənədlərini aidiyyəti qurumlara müraciət etməklə elektronlaşdırır, bundan sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş həyata keçirilir. Bu barədə daha ətraflı məlumatı https://sosial.gov.az/post_576347 linkə daxil olmaqla öyrənmək olar.

Birdəfəlik ödəmə ilə təmin olunanlar arasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı da var.

Son xəbərlər

Orphus sistemi