Yuxarı
    Bağlamaq

    Nazirlik: Bəzi əlillərə müavinət təminatının dayandırılacağı ictimai rəyi çaşdırmağa yönəlib

    Elman Babayev: Hazırda hökumətdə bu məsələ ilə əlaqədar heç bir layihə müzakirə olunmur

    Bakı. 18 oktyabr. REPORT.AZ/ "Bəzi KİV-lərdə Milli Məclisə istinadən, guya, əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə yayılan məlumatların heç bir əsası yoxdur".

    "Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev "Facebook" səhifəsində yazıb.

    Onun sözlərinə görə, hazırda hökumətdə qeyd edilən məsələ ilə əlaqədar heç bir layihə müzakirə olunmur: "Nazirlikdən Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə də əlaqə saxlanılıb. Komitədən sosial vəziyyəti yaxşı olan əlil şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə hər hansı məsələnin müzakirə olunmadığı bildirilib. Odur ki, sosial vəziyyəti yaxşı olan əlil şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə qeyd edilənlər ictimai rəyi çaşdırmağa yönəlib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi