Yuxarı
    Bağlamaq

    ​Nazirlik 75 əlili istirahətə göndərib

    Bu ilin yaz-yay mövsümündə ümumilikdə 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulur

    Bakı. 13 may. REPORT.AZ/ Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 75 nəfər əlilliyi olan şəxsi Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bununla da ötən ayın əvvəlindən bəri artıq 300 nəfər əlilliyi olan şəxsin Lənkəran və Şəki rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. Bu ilin yaz-yay mövsümündə ümumilikdə 1000 nəfərdən çox əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərində istirahətinin təşkil olunması nəzərdə tutulub.

    Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərin istirahətə göndərilməsi xüsusi diqqətdə saxlanılır. İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi mədəni-kütləvi proqram əsasında musiqili-əyləncəli tədbirlər, stolüstü oyunlar (stolüstü tennis, bilyard, nərd, şahmat), futbol və voleybol üzrə yarışlar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları və s. təşkil olunur. Onlar, həmçinin müvafiq fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər. Qeyd edilən şəxslərin istirahət mərkəzlərinə aparılması və gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi