Nazirlik 50 nəfərə yaxın gözdən əlilin peşə reabilitasiyasını təmin edib

Nazirlik 50 nəfərə yaxın gözdən əlilin peşə reabilitasiyasını təmin edib Həmin şəxslərdən 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçiblər
Sosial müdafiə
9 İyul , 2015 15:33
Nazirlik 50 nəfərə yaxın gözdən əlilin peşə reabilitasiyasını təmin edib

Bakı. 9 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti bu ilin 6 ayında 48 nəfər gözdən əlil şəxsi peşə hazırlığı kurslarına cəlb edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmin şəxslərdən 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçiblər. Qalan 24 nəfər gözdən əlil şəxsə isə brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsi öyrədilib. Gözdən əlil şəxslər üçün peşə hazırlığı kursları xüsusi təchiz olunan sinif otaqlarında təşkil edilib. Gözdən əlil şəxslərin sosial, o cümlədən peşə reabilitasiyasının daha dolğun və səmərəli şəkildə həyata keçirilməsi məqsədilə hazırda ƏƏSMN Bakının Sabunçu rayonunda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirir.

Mərkəzdə bu təbəqədən olan şəxslərin sosial reabilitasiyası, o cümlədən gündəlik həyatda zəruri bacarıq və vərdişlərə, eləcə də peşə-əmək qabiliyyətlərinə yiyələnmələri və s. istiqamətlərdə işlər aparılacaq.

Son xəbərlər

Orphus sistemi