Nazirlik əlilliyi olan 50 şəxsi istirahətə göndərib

Nazirlik əlilliyi olan 50 şəxsi istirahətə göndərib Bu ilin yaz-yay mövsümündə nazirliyin xətti ilə artıq 1015 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə yola salınıb
Sosial müdafiə
14 Avqust , 2017 12:22
Nazirlik əlilliyi olan 50 şəxsi istirahətə göndərib

Bakı. 14 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı kimi, əlilliyi olan daha 50 şəxs Quba rayonundakı istirahət mərkəzinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, əlilliyi olan şəxslərin yola salınması zamanı ölkədə sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılması, onların, o cümlədən əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsiməqsədilə həyata keçirilən tədbirlərdən bəhs edilib.

Qeyd olunub ki, bu tədbirlərin bir istiqamətidə əlilliyi olan insanların yaz-yay mövsümündə Azərbaycanın səfalı guşələrində istirahətinin təşkil edilməsinə yönəlib. Nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari ildə 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub.

Bu ilin may ayından, yəni yaz-yay mövsümü başlanandan bəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 1015 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə göndərilib. Onlardan 400 nəfərinin Xaçmaz, 365 nəfərinin Lənkəran, qalan hissəsinin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil olunub. Həmin şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması da xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi