Yuxarı
    Bağlamaq

    Azərbaycanda 400 minə yaxın şəxs aylıq və birdəfəlik sosial müavinətlə təmin edilib

    Müharibə veteranlarına ödənilən aylıq sosial müavinətlərin məbləği 21,6 faiz artıb

    Bakı. 12 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2015-ci ilin ilk rübündə 372 290 nəfərə aylıq və birdəfəlik sosial müavinət ödənilib ki, onlardan 340254 nəfəri (91,4%) aylıq, 32036 nəfəri birdəfəlik (8,6%) sosial müavinət alıb. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə müharibə veteranlarına ödənilən aylıq sosial müavinətlərin məbləği 21,6 faiz artıb. Hazırda 52 596 nəfər müharibə veteranı həmin aylıq sosial müavinətlə təmin edilir. Eyni zamanda, keçən ilin yanvarın 1-dən etibarən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunur. Hazırda beşdən çox uşağı olan 3 033 nəfər qadının 18 yaşına çatmamış 8 766 nəfər uşağına həmin aylıq müavinət ödənilir.

    Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən aylıq və birdəfəlik sosial müavinət və kompensasiyaların ödənilməsinə 2,2 milyon manat, yəni 4 %-dək çox vəsait yönəldilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi