Nazirlik: 2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib

Nazirlik: 2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib Artıq 2550-dək uşağın doğulmasına görə valideynlərinə elektron qaydada birdəfəlik müavinət təyinatı həyata keçirilib.
Sosial müdafiə
21 Oktyabr , 2019 12:54
Nazirlik: 2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Artıq 2550-dək uşağın doğulmasına görə valideynlərinə elektron qaydada birdəfəlik müavinət təyinatı həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) "Report"a verilən məlumata görə, artıq on gündür ki, Nazirlik tərəfindən yeni proaktiv xidmət - uşağın anadan olmasına görə birdəfəlik müavinətin elektron qaydada təyinatı xidməti fəaliyyət göstərir.

Bunun üçün həmin valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayıb. Yəni doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra ƏƏSMN tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunub.

Birdəfəlik müavinət təyin edildikdən sonra bu barədə onlara sms-məlumat göndərilib. 

Son xəbərlər

Orphus sistemi