Nazirlər Kabineti yanında Terminologiya Komissiyası valideynləri övladlarına mənşəyi bilinməyən və mənası anlaşılmayan adlar qoymamağa çağırıb.
Komissiyanın sədr müavini, professor Sayalı Sadıqova “Report”a açıqlamasında deyib ki, yeni doğulan körpələrə ad seçən valideynlər daha çox mənşəyi bilinməyən adlara meyil edirlər:
“Məsələn, elə valideynlər var ki, övladlarına Alita, Adel, Amelya, Alfina, Efran, Madelin kimi mənşəyi bilinməyən adlar qoymağa çalışırlar. Təbii ki, bu adların heç birisinin mənası yoxdur. Biz valideynləri övladlarına mənası anlaşılmayan və mənşəyi bilinməyən adlar qoymamağa çağırırıq”.
Qeyd edək ki, iyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı