Səlim Müslümov: “Uşaqların məcburi əməyə cəlb olunması ilə bağlı uçotun aparılmasına ciddi ehtiyac var”

Səlim Müslümov: “Uşaqların məcburi əməyə cəlb olunması ilə bağlı uçotun aparılmasına ciddi ehtiyac var” “Ölkədə ümumilikdə insanların məcburi əməyə cəlb olunması ilə bağlı tam statistik rəqəmlər mövcud deyil”
Sosial müdafiə
582
29 Mart , 2017 12:28
Səlim Müslümov: “Uşaqların məcburi əməyə cəlb olunması ilə bağlı uçotun aparılmasına ciddi ehtiyac var”

Bakı. 29 mart. REPORT.AZ/ “Azərbaycanda uşaqların məcburi əməyə cəlb olunması ilə bağlı uçotun aparılmasına ciddi ehtiyac var”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, ölkədə ümumilikdə insanların məcburi əməyə cəlb olunması ilə bağlı tam statistik rəqəmlər mövcud deyil: “Bunun formalaşdırılması üçün ciddi fəaliyyətə başlanılıb. Bu gün məcburi əməyə cəlb olunmaq halları Azərbaycanda yüksək rəqəmlərlə ifadə olunmur. Bizdə qeyri-formal çalışanların sayı daha çoxdur. Yəni, əmək müqavilələri rəsmiləşdirilmədən, yaxud öz əməyini ortaya qoyan, lakin heç bir vergi ödəməyən insanların sayı çoxdur, nəinki məcburi əməyə cəlb edilənlər”.

S.Müslümov əlavə edib ki, kənd yerlərində uşaqların məcburi şəkildə əməyə cəlb edilməsi faktları mövcuddur: “Xüsusilə də ailə təsərrüfatlarında bu hala rast gəlinir. Ancaq bunun ciddi uçotu aparılmayıb. Təbii ki, belə faktların uçotunun aparılmasına ciddi ehtiyac var”.

Son xəbərlər

Orphus sistemi